...

Gəncədə süni göldə suyun səviyyəsi yenidən artıb - FHN (FOTO)

Cəmiyyət Materials 28 May 2023 19:03 (UTC +04:00)
Gəncədə süni göldə suyun səviyyəsi yenidən artıb - FHN (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə güclü yağış səbəbindən suyun səviyyəsinin artması və ətraf ərazilərə təhlükə yaratması ilə əlaqədar məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda ətraf ərazilərin subasma riskinin aradan qaldırılması üçün göldə suyun səviyyəsinin azaldılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti