...

“Təhsil haqqında” qanuna ixtisas təcrübəsi anlayaşı gətirilməlidir - Bəxtiyar Əliyev

Cəmiyyət Materials 31 May 2023 12:50 (UTC +04:00)
“Təhsil haqqında” qanuna ixtisas təcrübəsi anlayaşı gətirilməlidir - Bəxtiyar Əliyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Təhsil haqqında” qanuna ixtisas təcrübəsi anlayaşı gətirilməlidir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, müəllim işləmək istəyənlərin sayı çox olsa da, vakant yerlərin sayı azdır.

“Hər il eyni vəziyyət müşahidə olunur. Adətən şəhərdə yerləşən məktəblərdə vakant yerlərin sayı həmişə az olur. Regionlarda isə vəziyyət əksinədir. Müəllimlərlə mövcud olan vakansiyalar arasında o qədər fərq olmasa da, şəhərdə işləmək arzusu çoxdur. İnanırıq ki, müəllimlərin işə qəbulu və sertifikasiya imtahanları vasitəsilə yaxın 5 ildə bu nisbət aradan qaldırılacaq”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti