...

“Araz” Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bir neçə layihə ilə gündəmə gəldi

Cəmiyyət Materials 1 İyun 2023 16:59 (UTC +04:00)
“Araz” Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bir neçə layihə ilə gündəmə gəldi

Bakı. Trend:

Korporativ sosial məsuliyyət layihələri ilə tez-tez gündəmə gələn “Araz” supermarketlər şəbəkəsi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə 3 fərqli layihə həyata keçirdi.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrin birində vətənin keşiyində duran hərbçilərlə övladlarının görüşü təşkil edildi. Layihənin məqsədi ataları işğaldan azad olunmuş ərazilərdə vətənin keşiyində duran, istədikləri vaxt onları görə bilməyən uşaqları ataları ilə görüşdürmək, onlarla birlikdə maraqlı vaxt keçirmələrinə dəstək olmaq idi. Həmçinin hərbi hissə ilə tanış olan, vətənin keşiyində duran hərbçiləri yaxından tanıyan uşaqlara vətənpərvərlik hisslərinin aşılanması da vacib məqamlardan biri oldu.

Daha bir layihə isə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində baş tutdu. “Araz” supermarketlər şəbəkəsinin tərəfdaş olduğu layihə çərçivəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə uşaqlarla birgə azad Qarabağda qeyd olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qazandığı rəşədətli zəfərin ardından 30 il sonra doğma kəndlərinə qayıdan Talış sakinləri layihəni maraqla qarşıladılar. 30 dan çox bağça və məktəb yaşlı uşağa məktəb ləvazimatları, oyuncaqlar və bir çox müxtəlif hədiyyələr təqdim edildi.

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkil etdiyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş açıq hava tədbirində də “Araz” supermarketlər şəbəkəsi tərəfdaş oldu. Yüzlərlə uşağın istedadını sərgilədiyi tədbirdə onlarla müxtəlif oyunlar keçirildi, konsert proqramı təşkil edildi. Tədbir uşaqlar üçün maraqlı, əyləncəli anlarla yadda qaldı.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.

Xəbər lenti

Xəbər lenti