...

UNEC-də təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu aparılır

Cəmiyyət Materials 4 İyun 2023 04:56 (UTC +04:00)
UNEC-də təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu aparılır

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2023/2024-cü tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu aparılır.

UNEC-dən Trend-ə bildirilib ki, sənədlər avqustun 31-dək qəbul ediləcək. Təkrar ali təhsil almaq istəyənlər UNEC-in saytında qeyd olunan sənədləri elektron formada təqdim etməlidirlər.

Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər. 2023/2024-cü tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün ixtisasların siyahısı və əlavə məlumatla universitetin saytında tanış olmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti