...

Səttar Möhbalıyev Beynəlxalq Əmək Konfransının sessiyasında iştirak edir (FOTO)

Cəmiyyət Materials 8 İyun 2023 10:30 (UTC +04:00)

Bakı. Trend:

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Beynəlxalq Əmək Konfransının 111-ci sessiyası keçirilir.

Sessiyada postpandemiya dövründə mühüm qlobal sosial məsələlər müzakirə edilir. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev iştirak edir.

İclasda Qoşulmama Hərəkatına üzv ölkələrdə əmək və məşğulluq məsələlərinə dair müzakirələr aparılıb və Hərəkatın əmək nazirlərinin Bəyannaməsi qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti