...

Sumqayıt məktəbliləri AzMİU haqqında məlumatlandırılıblar (FOTO)

Cəmiyyət Materials 13 İyun 2023 11:11 (UTC +04:00)
Sumqayıt məktəbliləri AzMİU haqqında məlumatlandırılıblar (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təbliğat-təşviqat kampaniyası çərçivəsində Sumqayıt məktəbliləri ilə görüş keçirilib.

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində gerçəkləşən görüşdə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev, dekan müavini Tural Əliyev, Abituriyent Məsləhət Mərkəzinin əməkdaşları Surxay Əliyev, Aynurə Bayramova və universitetin aktiv tələbələri iştirak ediblər.

Prorektor Orxan Naqdiyev gələcək tələbələrə universitetin tədris prosesi, AzMİU-nun üstünlükləri və perspektivləri, universitetdə tələbələr üçün yaradılan şərait, iş və təcrübə imkanları, beynəlxalq əlaqələri, ikili diplom layihələri ətrafında məlumat verib. Prorektor, həmçinin AzMİU-ya qəbul qaydaları, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri, tələb olunan əsas göstəricilər haqqında da danışıb.

Sonda AzMİU-nun tanıtım videoçarxı təqdim olunub, abituriyentlərin sualları cavablandırılıb.

Qeyd edək ki, AzMİU-nun təbliğat-təşviqat qrupu bundan öncə də bölgələrdə məktəblilərlə görüşüb, gələcək tələbələrə universitetin ixtisasları, fakültələri, təhsil imkanlarından bəhs ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti