...

Akkreditasiyadan keçə bilməyən universitetlərin aqibəti necə olacaq? - Rəsmi AÇIQLAMA (ÖZƏL)

Cəmiyyət Materials 20 İyun 2023 09:29 (UTC +04:00)
Akkreditasiyadan keçə bilməyən universitetlərin aqibəti necə olacaq? - Rəsmi AÇIQLAMA (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ali təhsil müəssisəsi Akkreditasiya Meyarlarının tələblərinin üçdə biri üzrə “qismən uyğun” və ya hər hansı istiqamət üzrə “uyğun deyil” hesab edildikdə, qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətini növbəti 2 il üçün uzadaraq, ATM-də 1 ildən sonra təkrar akkreditasiya qiymətləndirilməsi aparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.

Təhsil müəssisələrində akkreditasiya prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiya qaydaları”na uyğun olaraq tənzimlənir.

"Belə ki, ali təhsil müəssisəsi Akkreditasiya Meyarlarının tələblərinin üçdə biri üzrə “qismən uyğun” və ya hər hansı istiqamət üzrə “uyğun deyil” hesab edildikdə, qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətini növbəti 2 il üçün uzadaraq, ATM-də 1 ildən sonra təkrar akkreditasiya qiymətləndirilməsi aparılır", - deyə qeyd edilib.

Xatırladaq ki, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin institusional akkreditasiya nəticələri “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə, Sumqayıt Dövlət Universitetinin institusional akkreditasiya nəticəsinin isə “qismən uyğundur” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il uzadılması və təhsil müəssisəsinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərarı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti