...

"Laçın"dakı təxribatdan sonra Gədəbəydəki hadisələr gözlənilən idi - Tural Gəncəliyev

Cəmiyyət Materials 23 İyun 2023 11:49 (UTC +04:00)
"Laçın"dakı təxribatdan sonra Gədəbəydəki hadisələr gözlənilən idi - Tural Gəncəliyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu yaxınlarda Laçın keçid buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatdan sonra Gədəbəydəki hadisələr gözlənilən idi.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin növbədənkənar sessiyasının iyunun 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, AŞPA-da erməni deputatların bu təxribatı necə səbrsizliklə gözlədiklərini müşahidə edirdik: “Beynəlxalq təşkilatlardakı ermənipərəst deputatlar da öz fəaliyyətlərindən əl çəkmirlər. Ermənipərəst deputat Natali Luazoilə görüşmək istəyəndə bizi qəbul etməmişdi”.

Sədr Sahibə Qafarova isə bildirib ki, deputatın görüşmək istəməməsini dərhal tviterdə yazmaq olardı: “O, Avropa Parlamentinin deputatı, siz isə Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədrisiniz”.

Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün komissiya yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti