...

Harvard Universitetinin xüsusi proqramlar üzrə təlimçisinin AzMİU-dakı missiyası başa çatıb (FOTO)

Cəmiyyət Materials 23 İyun 2023 14:26 (UTC +04:00)
Harvard Universitetinin xüsusi proqramlar üzrə təlimçisinin AzMİU-dakı missiyası başa çatıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ABŞ-dan olan müəllimi, beynəlxalq səviyyəli təlimçi Kayl Ridlinin fəaliyyətinin başa çatması ilə əlaqədar görüş keçirilib.

Görüşdə AzMİU-nun Əcnəbi dillər kafedrasının müdiri Aygün Məmmədova, kafedranın müəllimləri və Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev iştirak ediblər.

Kayl Ridli ilə əməkdaşlığın uğurla yekunlaşdığını deyən Aygün Məmmədova öz bilik və bacarığını böyük həvəslə tələbələrlə bölüşdüyü üçün ona minnətdarlığını bildirib.

AzMİU-da xarici ekspertlərin və müəllimlərin tədrisə cəlb olunmasına xüsusi önəm verildiyini qeyd edən Fərhad Əliyev prosesin bundan sonra da davam etdiriləcəyini deyib.

Qeyd edək ki, Nyu-York Nəzarət və Nyu-york Fordham Universitetinin magistri Kayl Ridli AzMİU və ABŞ-nın ölkəmizdəki səfirliyinin birgə əməkdaşlığı çərçivəsində 2022/2023-cü tədris ili üçün dəvət olunub. Kayl Ridli Harvard Universitetinin xüsusi proqramlar üzrə təlimçisidir. O, həmçinin dilçilik üzrə TESOL, TGT, ELL kimi bir sıra beynəlxalq sertifikatların sahibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti