...

Bu vətəndaşlar milli kosmik operatora əvvəlcədən yazılı məlumat verməli olacaq

Cəmiyyət Materials 24 İyun 2023 11:06 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi Azərbaycan Respublikasından kənarda kosmik obyekt üzərində əmlak hüququnu əldə edənədək bu barədə milli kosmik operatora əvvəlcədən yazılı məlumat verməli olacaq.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” haqqında yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, kosmik fəaliyyət subyektlərinin Reyestrdə qeydiyyata alınmış kosmik obyektlərinin idarə edilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəzarət edilir. Həmin kosmik obyektlərinin idarə edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. - Kosmik fəzada milli fəaliyyətin əlaqələndirilməsi və həmin fəaliyyətə texniki nəzarət milli kosmik operator tərəfindən həyata keçirilir. - Azərbaycan Respublikasından kənarda kosmik obyektin istehsalını sifariş etmiş Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi sifariş verdiyi andan 30 (otuz) gün müddətində bu barədə milli kosmik operatora yazılı məlumat verməlidir.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti