...

Yağışlı hava nə qədər davam edəcək?

Cəmiyyət Materials 17 İyul 2023 11:10 (UTC +04:00)
Yağışlı hava nə qədər davam edəcək?
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda ölkə ərazisində müşahidə edilən yağışlı hava şəraiti iyulun 18-i gündüz saatlarına qədər davam edəcək.

Trend-in məlumatına görə, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bu gün paytaxtda müşahidə edilən leysan yağış düz 11 il əvvəl də qeydə alınıb.

"Düz 2012-ci ilin 16 iyulunda da Bakıya leysan yağıb", - deyə o, qeyd edib.

Xatırladaq ki, dünən gecədən etibarən Bakıda yağan intensiv yağışlar bəzi ərazilərdə çətinliklər yaradıb.

Yağan yağışlar nəticəsində Sədərək ticarət mərkəzini su basıb. Bakıda bir neçə küçə və prospektdə işıqforların işində problem yaranıb. Paytaxtda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar bəzi yollarda zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti