...

Qız uşaqlarının abortu üzrə Azərbaycan artıq ilk sıralarda deyil - Komitə sədri

Cəmiyyət Materials 19 İyul 2023 11:11 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Qız uşaqlarının ana bətnində məhv edilməsi üzrə Azərbaycan artıq ilk sıralarda deyil.

Trend-in məlumatına görə, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, bu problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

"Ailənin planlaşdırılması məsələsi ilə bağlı gənc ailələrlə danışıqlar aparılır.
Bu istiqamətdə qanun layihəsi hazırlanır və Milli Məclisin gündəliyindədir. Həmin qanun qüvvəyə mindikdən sonra qadınlara reproduktiv yardımın göstərilməsinə zəmin yaranacaq. Hazırda isə aidiyyəti qurumlar bu məsələni ciddi nəzarətdə saxlayır.

Təhlillər aparılır, nəticələr müzakirə edirlər. Qızlara qarşı beyinlərdə mentallaşan yanlış düşüncələrlə, ayrı-seçkiliklə mübarizə davam edir. İnsanlar öz övladını necə böyütdüyünü dair sual olunmalıdır. İctimai qınaq bu məsələdə bizə çox kömək edir”, - deyə B.Muradova qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti