...

Türkiyənin Balıkəsir Universitetinə ən çox müraciət Azərbaycandan olub – Yücel Oğurlu

Cəmiyyət Materials 21 İyul 2023 14:41 (UTC +04:00)
Türkiyənin Balıkəsir Universitetinə ən çox müraciət Azərbaycandan olub – Yücel Oğurlu

Bakı. Trend:

Türkiyənin Balıkəsir Universitetinə ən çox müraciət qardaş ölkəmiz Azərbaycandan olub.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a açıqlamasında Türkiyənin Balıkəsir Universitetinin rektoru Yücel Oğurlu bildirib.

“Universitetimizdə beynəlxalqlaşma məqsədləri çərçivəsində əcnəbi tələbələrin sayını artırmaq üçün xüsusi araşdırma aparırıq. Uzun illərdən sonra universitetimiz bu il ilk dəfə öz beynəlxalq tələbə imtahanını (BAUN YÖS) keçirib. Bundan əlavə, hazırda beynəlxalq imtahanlarda uğur qazanan tələbələrdə universitetimizə müraciət edirlər”. – deyə rektor qeyd edib.

Onun sözlərinə görə, diplom qiymətləri yüksək olan tələbələr tezliklə universitetə ​​sənəd vermə imkanı əldə edəcəklər.

“Biz Azərbaycan, Qazaxıstan, Qətər, Misir və Mərakeşdə öz qəbul imtahanlarımızı etdik. Ən çox müraciət dost və qardaş ölkəmiz olan Azərbaycandan olub. Yenə də 50-yə yaxın ölkədən, xüsusən də Rusiya, Özbəkistan, Qazaxıstan, Şimali Afrika və Balkan ölkələrindən namizəd tələbələr üstünlük təşkil edirlər”. – deyə Oğurlu əlavə edib.

Xaricdən gələn tələbələrin bütün ehtiyacları və tələbləri ilə yaxından maraqlandıqlarını qeyd edən rektor, xarici tələbələrə yerləşmə, nəqliyyat, Balıkəsirdə həyat və şəxsi inkişaf çərçivəsində dəstək olmağa önəm verdiklərini sözlərinə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti