...

1 ay əvvəl itkin düşən 19 yaşlı gənclər Bakıda tapıldı

Cəmiyyət Materials 8 Avqust 2023 12:45 (UTC +04:00)
1 ay əvvəl itkin düşən 19 yaşlı gənclər Bakıda tapıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

1 ay əvvəl itkin düşən İsmayıllı rayon sakinləri Ağaverdi Xəilov və həmyaşıdı Aytac Mayılova tapılıb.

Trend xəbər verir ki, gənclərin yeri artıq müəyyən edilib.

DİN-in mətbut xidmətinin Şəki regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, İsmayıllı rayonunda itkin düşən 2004-cü il təvəllüdlü Aytac Mayılova və Ağaverdi Xəlilov Bakı şəhərində tapılıb, axtarışlar dayandırılıb.

Qeyd edək ki, 19 yaşlı Ağaverdi və həmyaşıdı Aytac iyulun 9-da gecə saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti