...

Xaçmazın Uzunoba kəndində səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Avqust 2023 17:43 (UTC +04:00)
Xaçmazın Uzunoba kəndində səyyar qəbul keçirilib (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev növbəti səyyar qəbulunu Uzunoba kəndində keçirib.

Trend xəbər verir ki, qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq mühafizə orqanlarının rəhbərləri 20 yanvar şəhidi Zahid Abdullayevin büstünü ziyarət edib.

Görüşdə Uzunoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Baraxum, Xəzərli,Şıxlı, Məçidoba,Şərifoba,Tikanoba və Yataqoba sakinlərinin müraciəti dinlənilib.

Sakinlər su, qaz və işıqla təchizatın yaxşılaşdırılması, yolların təmiri, məktəb binasının yenilənməsi və digər sahələrə dair müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti