...

Məişət zorakılığı cinayətlərinin sayı açıqlandı

Cəmiyyət Materials 14 Avqust 2023 15:27 (UTC +04:00)
Məişət zorakılığı cinayətlərinin sayı açıqlandı

Bakı. Trend:

Cari ilin yanvar-iyun ayları ərzində qeydə alınmış cinayət hadisələrinin 754-ü və ya 3,9 faizi məişət zorakılığı ilə bağlı olub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 1,2 faiz çoxdur.

Məişət zorakılığı ilə bağlı cinayətlərin 95-i əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 24-ü isə sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 90,3 faizi qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma, 5 faizi qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 3,2 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 1,5 faizi isə digər cinayətlərə aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti