...

Keçmiş məcburi köçkünlərə verilmiş mənzillərin taleyi necə olacaq? - Rəsmi AÇIQLAMA

Cəmiyyət Materials 16 Avqust 2023 17:31 (UTC +04:00)
Keçmiş məcburi köçkünlərə verilmiş mənzillərin taleyi necə olacaq? - Rəsmi AÇIQLAMA
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Qayıdış çərçivəsində indiyədək 108 ailə (526 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 221 ailə (858 nəfər) Laçın şəhərinə köçürülüb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, keçmiş köçürülənlər, əsasən, Bakı, Sumqayıt və Abşeron olmaqla, müxtəlif ərazilərdə, tikintisi yarımçıq qalmış bina, yataqxana, sanatoriya, pioner düşərgəsi və digər inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Keçmiş məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdə yerləşən mənzillərin sonrakı taleyi ilə bağlı hazırda məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti