...

Xaçmazda fəhlənin qolu amputasiya edildi

Cəmiyyət Materials 17 Avqust 2023 11:16 (UTC +04:00)
Xaçmazda fəhlənin qolu amputasiya edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmazda çörək zavodunda işləyən fəhlənin qolu bədbəxt hadisə nəticəsində amputasiya olunub.

Trend xəbər verir ki, hadisə bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən çörək zavodunda baş verib.

Məlumata görə, zavodda fəhlə işləyən Quba rayonu Zərdabi qəsəbə sakini, 2002-ci il təvəllüdlü Tele-Zadə Muxtar Hidayət oğlunun ehtiyatsızlıqdan qolu xəmir qarışdıran dəzgahda qalıb və ağır xəsarət alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılaraq dərhal əməliyyat olunub, qolu amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti