...

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

Cəmiyyət Materials 28 Avqust 2023 16:45 (UTC +04:00)
COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda avqustun 24-dən 30-dək koronavirus (COVID-19) əleyhinə 70 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, üç və daha çox doza vaksin vurduranların sayı 38, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 5 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 968 927, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 174, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4884 314, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 052, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 387 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti