...

Gömrükdə 5 kiloqramdan çox gümüş zinət əşyaları aşkar edildi

Cəmiyyət Materials 30 Avqust 2023 13:12 (UTC +04:00)
Gömrükdə 5 kiloqramdan çox gümüş zinət əşyaları aşkar edildi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Trend bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, baxış zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda gömrük orqanlarına bəyan edilməyən 84 ədəd üzük, 29 ədəd kulon, 134 ədəd boyunbağı-kulon, 17 ədəd təsbeh, 59 ədəd qolbaq, 62 ədəd boyunbağı, ümumilikdə 5 200 qram gümüş zinət əşyaları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti