...

Bakıda azyaşlılara narkotik verilməsi barədə görüntülər araşdırılıb - DİN

Cəmiyyət Materials 13 Sentyabr 2023 16:49 (UTC +04:00)
Bakıda azyaşlılara narkotik verilməsi barədə görüntülər araşdırılıb - DİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə Biləcəri qəsəbəsində azyaşlılara narkotik vasitə verilməsi ilə bağlı paylaşılan görüntülər araşdırılıb.

Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat verib.

Onun sözlərinə görə, görüntülərdə əks olunan şəxsin azyaşlıya narkotik maddə təklif etməsi iddiası əsassızdır:

"Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır. Aşkar olunan faktlarla bağlı ictamaiyyətin məlumatlandırılması təmin edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti