...

14 yaş kiçik arvadını boğub öldürən şəxs könüllü təslim olub (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 14 Sentyabr 2023 17:02 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 14-də 1974-cü il təvəllüdlü Validə Zülfüqarovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırma zamanı 1960-cı il təvəllüdlü Şahniyar Məmmədovun Sabunçu rayonu, Zabrat qəsəbəsində birgə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadı Validə Zülfüqarovanı öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, könüllü istintaqa təslim olan Şahniyar Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

XXX
saat 14.36

Bakıda qadın boğularaq öldürülüb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 14-də saat 14 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində evlərin birində 1974-ci il təvəllüdlü Zülfüqarova Xalidə Şirəli qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1960-cı il təvəllüdlü Məmmədov Şahniyar Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti