...

Dünya ictimaiyyəti bizim haqq səsimizi eşitməlidir - Xankəndidən olan məcbur köçkün

Cəmiyyət Materials 14 Sentyabr 2023 16:30 (UTC +04:00)
Dünya ictimaiyyəti bizim haqq səsimizi eşitməlidir - Xankəndidən olan məcbur köçkün
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz erməni yalanlarına cavab verməliyik. Dünya ictimaiyyəti bizim haqq səsimizi eşitməlidir.

Bu barədə Trend-ə açıqlamasında Xankəndidən olan məcbur köçkün, tarix elmləri namizədi,dosent Yusif Fərzəliyev deyib.

O qeyd edib ki, Xankəndi İbrahimxəlil xanın kəndidir. Orada ermənilər yaşamayıb.

"İbrahimxəlil xan öz ailəsi ilə orada yaşayanda Şuşa qalasını komendatı mayor Lisanyeviç onları mühasirəyə alaraq öldürdü. Yeganə olaraq iki yaşlı Gövhər Ağanı İbrahimxəlil xanın nökəri götürüb aradan çıxartdı. O daha sonra Şuşadakı Gövhərağa məscidini tikdirdi. Ermənilər Xankəndinin dəqiq əhali sayını gizlədir, sayı az göstərmək istəyir. Xankəndidə 1988-ci ildə olan məlumatı sizə də deyim. Orada ərzaq mallarının müdiri vardı və mənə deyirdi ki, o zaman ət və yağ talonları verilirdi, ona əsasən Xankəndidə 16 min 500 nəfər azərbaycanlı yaşaşdığını müəyyən edib.

Xankəndiyə qayıtmaq üçün böyük ümidim var. Ora mənim üçün çox əzizdir", - deyə Y.Fərzəliyev bildirib.

Qeyd edək ki, Xocalı, Xankəndi və digər rayonlardan olan məcburi köçkünlər bəyanat yayaraq dünya ictimaiyyətinə müraciət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti