...

Bakıda yollarda nəzarət tədbirləri gücləndirildi

Cəmiyyət Materials 15 Sentyabr 2023 09:35 (UTC +04:00)
Bakıda yollarda nəzarət tədbirləri gücləndirildi
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Trend-in xəbərinə görə, bu barədə mərkəzin İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov məlumat verib.

Onun sözlərinə görə, səhər saatlarından başlayaraq şəhər ərazisində təhsil ocaqlarının yerləşdiyi ərazilərdə həm NİİM-in müşahidə kamerları vasitəsilə, həm yol polisi əməkdaşları tərəfindən nəzarət tədbirləri gücləndirilib.

"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təhsil müəssisələrinin yaxınlığında olan yollarda sıxlığın və tıxacların yaranmaması üçün işıqforlarda “yaşıl dalğa” əmri artırılıb. Yollarda vəziyyət nəzarət altındadır", - deyə Ömər Xıdırov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti