...

50 vakant ştat vahidi üzrə növbəti 25-ci müsabiqə həyata keçirilir - Heydər Məmmədov

Cəmiyyət Materials 10 Oktyabr 2023 10:24 (UTC +04:00)
50 vakant ştat vahidi üzrə növbəti 25-ci müsabiqə həyata keçirilir - Heydər Məmmədov
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün 50 vakant ştat vahidi üzrə növbəti 25-ci müsabiqə həyata keçirilir.

Trend xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında deyib.

H.Məmmədov bildirib ki, hazırda müsahibənin - I mərhəsləsinin, yəni test mərhələsinin keçirilir.

"Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində, prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 350-dən artıq namizəd iştirak edir.

Ümidvarıq ki, bu növbəti müsabiqə nəticəsində yüksən nəzəri biliyə, yüksək mənəvi-əxlaq keyfiyyətlərə malik, geniş dünya görüşünə, və dövlət və dövlətçiliyin sarsılmaz ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər prokurorluq orqanlarına qulluğa qəbul olunacaqlar"- deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti