...

Nazirdən Azərbaycanda su ehtiyatları barədə AÇIQLAMA

Cəmiyyət Materials 16 Oktyabr 2023 10:19 (UTC +04:00)
Nazirdən Azərbaycanda su ehtiyatları barədə AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada 2,4 milyard insan özünü ərzaqla yetəri qədər təmin edə bilmir, 783 milyon insan aclıqdan əziyyət çəkir.

Trend xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov ADA Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Kənd təsərrüfatı və Qida elmləri fakültəsinin açılışı və Ümumdünya Qida Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, dünyada aclıqdan əziyyət çəkən insanların əhəmiyyətli hissəsi kənd yerlərində yaşayır.

Nazir Azərbaycanda içməli su ehtiyatlarından bəhs edərkən ölkədə bununla bağlı tədbirlər görüldüyünü bildirib.

“Ölkəmizdə əhalinin içməli su ilə təmin olunması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Əhalinin və əkin yerlərinin sayının artması su qıtlığına gətirib çıxarır”,- deyə nazir əlavə edib.

Qeyd edək ki, Bakıda ADA Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Kənd təsərrüfatı və Qida elmləri fakültəsinin açılışı və Ümumdünya Qida Günü ilə bağlı tədbir keçirilir.

Xəbər lenti

Xəbər lenti