...

Məişət zorakılığına məruz qalmış qadınların məşğulluğuna dəstək məqsədli yeni layihəyə başlanır

Cəmiyyət Materials 19 Oktyabr 2023 03:57 (UTC +04:00)
Məişət zorakılığına məruz qalmış qadınların məşğulluğuna dəstək məqsədli yeni layihəyə başlanır

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi sosial cəhətdən həssas qrupdan olan şəxslərin məşğulluğuna dəstək məqsədilə “Qadına bir addım” layihəsinin icrasına başlayıb.

Agentlikdən Trend-ə bildirilib ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi və “Gestalt” Psixoloji Mərkəzi ilə birgə icra olunan layihə sığınacaqlarda müvəqqəti məskunlaşan, məişət zorakılığına məruz qalmış qadınların məşğulluğuna, psixoloji vəziyyətlərinin yaxşılaşdırılmasına, bilik və bacarıqlarının artırılmasına dəstək məqsədi daşıyır.

Layihəyə faktiki yaşayış ünvanları Bakı və Sumqayıt olan, məsuliyyətli və öyrənməyə, işləməyə həvəsli, psixoloji və ailə vəziyyəti əmək fəaliyyəti ilə məşğul olmağa imkan verən işsiz qadınlar cəlb olunacaq.

İlkin mərhələdə layihə sığınacaqda olan və qeyd edilən meyarlara uyğun 20 qadını əhatə edəcək.

Onlar üçün agentliyin Mərkəzi Karyera filialı tərəfindən peşəyönümü məsləhət xidmətləri, daha sonra qadınların məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun tədbirlər görüləcək.

Layihə üzrə uyğun namizədlərin özünüməşğulluq proqramına cəlb olunması üçün də işlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti