...

Bu istiqamətlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 7 Noyabr 2023 13:23 (UTC +04:00)
Bu istiqamətlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, təmir işləri 20 Yanvar dairəsindən Koroğlu metrosu istiqamətində yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki yolayrıcından ayrılan hissədən birinci tunelin girişinə qədər olan hissədə 10 noyabr saat 08:00-dan 11 noyabr saat 17:00-a qədər aparılacaq.

Agentlik sürücülərə qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti