...

Yaşayış binalarına tələb olunan elektrik gücünün hesablanması qaydası müəyyənləşib

Cəmiyyət Materials 7 Noyabr 2023 17:26 (UTC +04:00)
Yaşayış binalarına tələb olunan elektrik gücünün hesablanması qaydası müəyyənləşib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Tikinti obyektlərinə tələb olunan gücün hesablanması Qaydası təsdiqlənib.

Trend-in xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Bu Qayda tikinti obyektlərinə tələb olunan gücün hesablanması qaydasını müəyyən edir. Tikinti obyektlərinə tələb olunan gücün hesablanması tikinti obyektinin təyinatına uyğun olaraq bu Qaydanın, “Yaşayış, ictimai binaların və mühəndis- kommunikasiya təminatı obyektlərinin elektrik təchizatının etibarlılıq kateqoriyaları”nın, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın və şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun həyata keçirilir.

Yaşayış binalarının ümumi istifadədə olan sahələrinə (o cümlədən, pilləkən qəfəsləri, vestibüllər, texniki mərtəbələr və döşəməaltılar, zirzəmilər, çardaqlar, dəhlizlər), habelə yataqxanaların yaşayış otaqlarına qruplaşdırılmış işıqlandırma şəbəkələrinin hesabat gücü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 6.3.3.15-ci yarımbəndinə uyğun olaraq, gücdən istifadə əmsalını 1,0-a bərabər qəbul etməklə, işıqlandırmanın hesablanması ilə müəyyən edilir.

Yataqxanaların ümumi işıqlandırılmasının elektrik qidalan- dırıcı xətlərində, giriş nöqtələrində və gərginliyi 0,4 kV olan PM-lərin TY/st-nin şinlərində hesabat gücü və gücdən istifadə əmsalı Kist nəzərə alınmaqla və aşağıda verilmiş işıqlandırıcıların qoyuluş güclərindən Pqoy asılı olaraq müəyyən edilir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti