...

Nərimanovda maraqlı Zəfər tədbiri (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2023 16:14 (UTC +04:00)
Nərimanovda maraqlı Zəfər tədbiri (FOTO)

Bakı. Trend:

Nərimanov rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr – Zəfər gününə həsr olunmuş “Ata vəsiyyəti və İnamlı Zəfər” adlı tədbir keçirilib.

Tədbirdə Nərimanov rayon rəhbərliyi, Millət vəkilləri, tanınmış politoloqlar, incəsənət xadimləri, şəhid ailələri nümayəndələri, müharibə iştirakçıları və rayon ictimaiyəti iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə tarixi Zəfərimizə həsr olunmuş videoçarx nümaiş olunub.

Tədbiri giriş nitqi ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Respublikamızın Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi uğurlardan, tarixin mürəkkəb bir dönəmində qazanılan parlaq zəfərdən söz açaraq, əldə olunan Qələbənin nəinki Azərbaycan, həmçinin dünya hərb və diplomatiya tarixinin ən unikal hadisələrindən biri olduğunu bildirib.

Tədbir Millət vəkili Hikmət Babaoğlunun, Rasim Musabəylinin, Respublikanın xalq artisti Nürəddin Mehdixanlının və digər natiqlərin təsirli çıxışları ilə yadda qalıb.

Tədbbirin bədii hissəsi tanınmış incəsənət ustalarının ifaları ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti