Bakı. Trend:
Azərbaycanın Vəkillər Kollegiyasının üzvü, Beyləqan rayon Vəkil Bürosunun vəkili Aftandil Məmmədov vəfat edib.
Trend xəbər verir ki, uzun sürən xəstəlikdən sonra vəkil bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, mərhum A.Məmmədovun oğlu Pərvin Məmmədov da Kollegiyanın üzvüdür.