Bakı. Trend:
31 ildən sonra doğma kəndimə qayıdıram. Sevincimizin həddi yoxdur. Geri dönəcəyiniz günü çox arzulayırdıq. Allaha şükür ki, bu gün bizə nəsib oldu.
Bunu Trend-ə Laçının Zabux kəndinə geri dönən kənd sakini Vidadi Qasımov deyib.
"31 il idi ki, düşmənlərimiz bizi didərgin salmışdı. Bura da bizim vətənimizdir, amma doğma Vətən ayrıdır. Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, bizi doğma torpağımıza qaytardı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Dövlətimiz kəndimizi çox gözəl bərpa edib, bizim üçün hər cür şərait yaradıb”, - deyə o əlavə edib.