...

İƏT tərkibində iqtisadi-sosial inkişafın müxtəlif mərhələlərində olan dövlətlər var - Nazir

Cəmiyyət Materials 23 Noyabr 2023 17:17 (UTC +04:00)
İƏT tərkibində iqtisadi-sosial inkişafın müxtəlif mərhələlərində olan dövlətlər var - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) tərkibində iqtisadi-sosial inkişafın müxtəlif mərhələlərində olan dövlətlər var.

Trend xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İƏT baş katib müavini Ahmed Sengando ilə birgə mətbuat konfransı zamanı deyib.

Nazir qeyd edib ki, İƏT-ə üzv dövlətlər arasında böyük potensial var.

“Konfrans çərçivəsində Azərbaycanın uğurlu mexanizmləri təqdim edildi. İkitərəfli əlaqələr çərçivəsində və Əmək Mərkəzi çərçivəsində dost və tərəfdaş İslam ölkələri ilə bölüşəcəyik. Nazirlər Konfransının qətnaməsi də qəbul edilib. Bu qətnamədə müxtəlif səpkilərdə məsələlər qeyd edilib. Həmin məsələlər üzrə birgə həll yolları axtaracağıq”,- deyə nazir bildirib.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının Nazirlər Sessiyası keçirilib.

Sessiyada İƏT əmək nazirlərinin 4-cü konfransının sədri kimi Səudiyyə Ərəbistanı Krallığının İnsan resursları və sosial inkişaf nazirinin müavini Adnan Abdulla Al Nuaimin çıxışı dinlənilib. Sonra konfransın sədri və bürosunun tərkibi seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti