Bakı. Trend:
Dünən axşam saatlarından başlayan güclü külək Astara rayonunda bir sıra fəsadlar törədib.
Trend xəbər verir ki, güclü külək rayonda əsasən elektrik və rabitə təsərrüfatlarına ziyan vurub.
Görülən qabaqlayıcı tədbirlər nəticəsində şəhər ərazisində enerjinin verilişində fasilələr olmayıb.
Bundan əlavə, güclü külək bir neçə yaşayış binasının, evlərin və bəzi tikililərin dam örtüyünü uçurub. Binanın dam örtüyü yaxınlıqda dayanan Məharət Həsənova məxsus "Mercedes" markalı minik avtomobilinin üzərinə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda bölgədə küləkli hava şəraiti davam edir.