...

Trend BİA vətəndaşları sosial şəbəkələrdə şirkətin adından çıxış edən fırıldaqçıların hiyləsinə aldanmamağa çağırır

Cəmiyyət Materials 27 Noyabr 2023 16:11 (UTC +04:00)
Trend BİA vətəndaşları sosial şəbəkələrdə şirkətin adından çıxış edən fırıldaqçıların hiyləsinə aldanmamağa çağırır
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər sosial şəbəkələrdə və müxtəlif internet səhifələrində yanlış məlumatlar dərc olunub.

Trend xəbər verir ki, fırıldaqçılar Trend BİA-nın loqotipindən istifadə etməklə vətəndaşlara hansısa "pul qazanmaq" yolları təklif edirlər.

Fırıldaqçılar bu zaman SOCAR şirkətinin keçmiş rəhbərinin guya saytımızda dərc olunan müsahibəsinə istinad edirlər.

Bununla əlaqədar olaraq, Trend BİA bildirir ki, bu cür məlumatların agentliklə heç bir əlaqəsi yoxdur, heç vaxt saytımızda və ya şirkətin informasiya materiallarında dərc olunmayıb.

Vətəndaşları diqqətli olmağa, fırıldaqçıların hiyləsinə aldanmamağa və lazım gələrsə, hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırırıq.

Xəbər lenti

Xəbər lenti