...

Simonyan böhtan xarakterli açıqlaması ilə Azərbaycanın 8 kəndini işğal altında saxlamalarını ört-basdır etməyə çalışır - Qərbi Azərbaycan İcması

Cəmiyyət Materials 28 Noyabr 2023 17:28 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycan İcması Ermənistan parlamentinin spikeri Alen Simonyanın guya Azərbaycan tərəfindən Ermənistanın 31 kəndinin tamamilə və ya qismən işğal edilməsi barədə absurd və böhtan xarakterli açıqlamasını kəskin şəkildə pisləyir.

Trend-in məlumatına görə, bu barədə İcmanın bəyanatında qeyd edilir.

Bildirilib ki, Ermənistan belə bir əsassız iddia ortaya atmaqla bir daha Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirir:

"Ermənistan bununla, həm də hələ də Azərbaycanın 8 kəndini işğal altında saxlamasını ört-basdır etməyə çalışır.

Ermənistan rəsmiləri qayıdışla bağlı gəlişigözəl sözlər demək əvəzinə real addım ataraq bu istiqamətdə Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti