...

Bakı metrosunda ventilyatorların iş rejimi dəyişəcək

Cəmiyyət Materials 29 Noyabr 2023 11:13 (UTC +04:00)
Bakı metrosunda ventilyatorların iş rejimi dəyişəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Növbəti ayın 1-dən stansiyalarda ventilyatorların iş rejimi dəyişəcək.

Bu barədə Trend-ə Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, ventilyatorlar qış rejiminə keçirilir:

“Mövsüm, hava şəraiti nəzərə alınaraq ventilyatorların iş rejiminin dəyişməsi stansiyalarda sərnişinlərin rahatlığı üçün təşkil edilir. Bunun üçün xüsusi monitorinq aparılır. Qış mövsümündə bu dəyişiklik hava haqqında məlumatlara və digər məqamlara əsasən tənzimlənir”.

Qeyd edək ki, bu gün "Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında əlil arabası istifadəçilərinin daşınması ilə bağlı eskalator üçün nəzərdə tutulmuş yeni texniki qurğu istifadəyə verilib. Yeni texniki qurğunun istifadəyə verilməsi "Əlçatan metro" layihəsi çərçivəsində baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti