...

Azərbaycanda vəzifəli şəxs ürəktutmasından VƏFAT ETDİ (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2023 21:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Aviasiya Akademiyasının (MAA) Elmi İstehsalat Birliyinin Elmi-Tədqiqat, Nəqliyyat və Aerokosmik Problemləri İnstitutunun direktor müavini, Əməkdar mühəndis, texnika elmləri doktoru, professor Telman Nizamov vəfat edib.

Trend xəbər verir ki, Telman Nizamovun 84 yaşında ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, mərhum “AZAL” QSC və MAA-nın alim və mütəxəssislərinin ixtira və tətbiq etdikləri yeni texnika və texnologiyaları müsabiqəsinin qalibi olub, ixtiraçılıq sahəsində respublika müsabiqələrində 2015-ci ildə ikinci, 2016, 2017-ci illərdə birinci yerə layiq görülüb.

T.Nizamov Azərbaycan Mühəndislik Akademiyasının “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif edilib və Azərbaycan SSR Dövlət mükafatı laureatıdır. 2023-cü ilin yanvar ayında isə Prezident İlham Əliyevin Sərəncamı ilə "Əməkdar mühəndis" adına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti