Bakı. Trend:
Daxili İşlər Nazirliyi Azərbaycanda qeydə alınan zəlzələ barədə açıqlama verib.
Qurumdan Trend-ə bildirilib ki, zəlzələ ilə bağlı Bakı şəhəri və ətraf ərazilərdən hər hansı dağıntı və təlafatla barədə DİN-ə məlumat daxil olmayıb.
Qeyd edək ki, Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 5,6 təşkil edib. Yerin 68 km dərinliyində qeydə alınan zəlzələ hiss olunub.