Bakı.Trend:
Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Trend xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəsmiləri iştirak ediblər.
Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bu mərhələdə Zabux kəndinə 25 ailə - 92 nəfər köçürülüb. Bununla da Zabux kəndində 146 ailənin, yəni 568 nəfərin daimi məskunlaşması təmin edilib.
xxx
17:55
Paytaxtın Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonunun Zabux kəndinə çatıb.
Trend xəbər verir ki, bununla da 25 ailə - 92 nəfər doğma yurduna qayıdıb.
Bugünkü köçlə Zabux kəndində 146 ailənin, yəni 568 nəfərin daimi məskunlaşması təmin edilib.
xxx
07:26
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın rayonunun Zabux kəndinə növbəti köçü reallaşıb.
Trend xəbər verir ki, Bakı və Sumqayıt şəhərlərindən Abşeron rayonundan köçürülən 16 ailə (62 nəfər) dekabrın 15-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüblər.
Mingəçevir şəhərində, Bərdə, Lənkəran və Ağcabədi rayonlarında məskunlaşmış 9 ailə (30 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Horadiz şəhərində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.
Həmin rayonlardan köç karvanına qoşulacaq ailələrin sayı isə belədir:
- Lənkəran rayonundan – 1 ailə (4 nəfər);
- Mingəçevir şəhərindən – 1 ailə (4 nəfər);
- Ağcabədi rayonundan – 1 ailə (2 nəfər)
Ümumilikdə bu dəfə kəndə 25 ailə - 92 nəfər köçürülür.
Köçürülənlərin nəqliyyat vasitələri karvanları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
Həmin rayonlardan köç karvanına qoşulacaq ailələrin sayı isə belədir:
Beləliklə, bununla da Laçın rayonunun Zabux kəndinə köçürülən ailələrin ümumi sayı 146-ya (567 nəfər) çatıb.
Xatırladaq ki, Zabuxa ilk köç bu il avqustun 25-də baş tutub.