...

Ağacları qanunsuz kəsənlər barəsində tədbir görüldü

Cəmiyyət Materials 15 Dekabr 2023 20:48 (UTC +04:00)
Ağacları qanunsuz kəsənlər barəsində tədbir görüldü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Oğuz rayonunda ağacların qanunsuz kəsilməsi faktı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Filfilli kəndindəki meşə massivindən ağacları qanunsuz olaraq kəsən 2 nəfər müəyyən olunub.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək qərar olunması üçün 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti