...

UNESCO mənzil-qərargahında TÜRKSOY-un 30 illiyi qeyd edilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 18 Dekabr 2023 22:51 (UTC +04:00)
UNESCO mənzil-qərargahında TÜRKSOY-un 30 illiyi qeyd edilib (FOTO/VİDEO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin UNESCO yanında Daimi nümayəndəliklərinin birgə təşkilatçılığı və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə TÜRKSOY-un təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Biz birlikdəyik” adlı qala-konserti keçirilib.

Trend xəbər verir ki, tədbirin açılışında Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev TÜRKSOY-un yaradılması tarixindən danışıb və yarandığı gündən etibarən ortaq mədəni dəyərlərimizi təbliğ etdiyini bildirib.

Tədbirdə UNESCO Baş direktorunun Afrika Prioriteti və Xarici Əlaqələr üzrə müavini Antoni Ohemenq-Boamah çıxış edərək, mədəni müxtəlifliyin və mədəniyyətlərarası dialoqun təşviqində UNESCO-TÜRKSOY əlaqələrinin və əməkdaşlığının əhəmiyyətini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti