...

Bu universitetlərin akkreditasiya prosesi davam edir

Cəmiyyət Materials 19 Dekabr 2023 10:54 (UTC +04:00)
Bu universitetlərin akkreditasiya prosesi davam edir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə 13 ali təhsil müəssisəsində (Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti və ADA Universiteti) institusional akkreditasiya qiymətləndirməsinin həyata keçirilməsi nəzərdə tutulub.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Trend-ə verilən məlumata görə, bu günə kimi akkreditasiya qiymətləndirməsi yekunlaşmış 7 ali təhsil müəssisəsinin (Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Lənkəran Dövlət Universiteti) nəticəsi Akkreditasiya Şurası tərəfindən “əsasən uyğundur” kimi qiymətləndirilərək növbəti 5 il müddətinə institusional akkreditasiyadan keçmələrinə dair qərar qəbul edilib. Digər 3 ali təhsil müəssisəsinin (Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı) nəticəsi isə “qismən uyğundur” və ya “uyğun deyil” kimi qiymətləndirilərək qüvvədə olan akkreditasiya şəhadətnamələrinin müddətinin növbəti 2 il üçün uzadılmasına və 1 ildən sonra təkrar akkreditasiya olunmasına dair Akkreditasiya Şurası tərəfindən qərar qəbul edilib.

Qrafikdə yer alan növbəti 3 ali təhsil müəssisəsində (ADA Universiteti, Azərbaycan Tibb Universiteti və Bakı Mühəndislik Universiteti) isə akkreditasiya prosesi davam edir. Bu prosesin ilin sonuna kimi yekunlaşması nəzərdə tutulub.

"Həmçinin bildiririk ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” əsasında həyata keçirilən akkreditasiya prosesi 3 mərhələdən (1. Özünütəhlil hesabatının yazılması; 2. Sahə səfəri və yekun hesabatın hazırlanması; 3. Akkreditasiya Şurası tərəfindən müvafiq qərarın verilməsi) ibarətdir. Bir ali təhsil müəssisəsinin akkreditasiya prosesi isə bir neçə ay davam edir", - deyə qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti