...

Məişət zorakılığı törədən bu şəxslər də məsuliyyətdən yayına bilməyəcək - YENİ QANUN

Cəmiyyət Materials 21 Dekabr 2023 11:27 (UTC +04:00)
Məişət zorakılığı törədən bu şəxslər də məsuliyyətdən yayına bilməyəcək - YENİ QANUN
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda məişət zorakılığı ilə mübarizə gücləndirilir.

Trend-in məlumatına görə, bunula bağlı Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.

Dəyişikliyə əsasən, qanunun preambulasından, həmçinin 1.0.1-ci, 1.0.2-ci və 4.0.4-cü maddələrindən “yaxın” sözünün çıxarılması nəzərdə tutulur ki, bu da yaxın qohum olmayan ailə üzvləri tərəfindən törədilən məişət zorakılığı hallarının Qanunun təsir dairəsindən kənarda qalmaması məqsədi daşıyır.

O cümlədən, bu Qanunun şamil edildiyi şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə 4.0.1-ci maddəyə ər və arvadın yaxın qohumlarının da əlavə olunması təklif olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti