...

Məişət zorakılığının qarşısının alınması ilə bağlı qrup yaradılır

Cəmiyyət Materials 21 Dekabr 2023 11:29 (UTC +04:00)
Məişət zorakılığının qarşısının alınması ilə bağlı qrup yaradılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlərin monitorinqi və əlaqələndirilməsi qrupu yaradılır.

Trend-in məlumatına görə, bunula bağlı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.

Qanuna edilən dəyişikliyə əsasən, məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi, sosial xarakterli və qabaqlayıcı tədbirlərin monitorinqi və əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin tədbirləri həyata keçirən dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq və əlaqələndirmə qrupları yaradılır. Həmin qrupların fəaliyyətinə qeyri-hökümət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər də cəlb oluna bilərlər.

Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Müvafiq icra hakimiyyəti orqanı monitorinq və əlaqələndirmə qruplarına metodoloji dəstək göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti