...

Yeni ildə bölgələrdəki hotellərdə qiymətlər - ARAŞDIRMA

Cəmiyyət Materials 22 Dekabr 2023 13:37 (UTC +04:00)
Yeni ildə bölgələrdəki hotellərdə qiymətlər - ARAŞDIRMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Yeni il bayramı ilə əlaqədar 7 gün iş olmayacaq. Bu səbəbdən də vətəndaşlarımızın əksəriyyəti bayramı və istirahət günlərini müxtəlif bölgələrimizdə, xüsusən də hotellərdə keçirmək istəyir.

Belə ki, Yeni ilə sayılı günlər qalıb. Hotellərdən bildiriblər ki, Yeni il üçün yalnız paketlər mövcuddur. Hazırda hotellərin əksəriyyəti bron edilib.

Trend Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən bir sıra hotellərin Yeni il üçün qiymətlərini araşdırıb.

Həmin qiymətləri təqdim edirik:

İsmayıllıda yerləşən "Basqal" hotelində qiymətlər 2 nəfər üçün 3 günlük paketin qiyməti 1640 AZN-dir. Lakin yerlərin çoxu bron edilib.

"Qafqaz Riverside Hotel" də isə 2 nəfər üçün 3 günlük paketin qiyməti 1426 manatdan başlanır.

Şamaxıda yerləşən "Sakit Göl" də isə qiymətlər otaqların tipinə görə 1150-1250 manat arasında dəyişir.

Qusar rayonunda yerləşən "Şahdağ" hoteldə dekabrın 30-dan yanvarın 2-dək bütün yerlər bron edilib. "Şahdağ" hotelin əvəzində müştərilərə "Zirvə" hotelli təklif olunur. "Zirvə" hotelində isə 31 dekabr - 3 yanvar tarixlərində 2 nəfərlik standart otağın qiyməti səhər yeməyi, şam yeməyi və qala şam yeməyi daxil olmaqla 1530 manatdır.

"Qalaaltı" da isə 31 dekabr - 2 yanvar tarixlərində 2 nəfərlik standart otağın qiyməti, gündə 3 dəfə qidalanmaqla 1400 manatdan başlayır.

"Marxal Resort& Spa" da bayram günləri iki gecəlik paket satılır. Buraya gündə üç dəfə qidalanma, qala gecəsi daxildir. Qiymət isə 1540 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti