Bakı. Trend:
Dövlət Məşğulluq Agentliyi (DMA) özünüməşğulluq proqramı çərçivəsində Balakəndə vətəndaşa verilən inəklə bağlı məsələyə aydınlıq gətirib.
Trend-in məlumatına görə, agentliyin yaydığı məlumata əsasən özünüməşğulluq proqramına qoşulmuş Balakən rayon sakini Ömərov Zaura 2022-ci ilin iyun ayında aktivlərin (malların) təqdim olunması zamanı çəkilən videogörüntülər araşdırılıb.
Qeyd olunub ki, Z.Ömərov istəyinə uyğun olaraq “Maldarlıq təsərrüfatı” zərfi üzrə Özünüməşğulluq proqramına qoşulub, 2022-ci ilin iyun ayında 3 baş inək və 400 kq qarışıq yemlə təmin edilib:
"Zaur malları şəxsən özü seçərək, razılığını bildirərkən yük
avtomobilində heyvanlardan birinin yıxılması görüntüsü düzgün
olmayan fikirlərin yaranmasına səbəb olub. İnəklərin aparılması
üçün gətirilən avtomobilin yük yeri kiçikhəcmli olduğundan sıxlıq
yaranıb, biri büdrəyərək yıxılıb. Aktivlər vətəndaşa tam sağlam,
baytar sənədi əsasında təhvil verilib.
Ona verilən heyvanlardan heç bir narazılıq və bu barədə hər hansı
müraciət olmayıb. 2022-ci ilin dekabrında Zaur Ömərovun
özünüməşğulluq fəaliyyətinin dəyərləndirilməsi məqsədilə keçirilmiş
baxış zamanı həyat yoldaşı verilmiş aktivləri artıq satdıqlarını,
Zaurun isə Rusiya Federasiyasında işlədiyini bildirib".