...

Bakıda atəşfəşanlıq olacaq

Cəmiyyət Materials 27 Dekabr 2023 09:12 (UTC +04:00)
Bakıda atəşfəşanlıq olacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 31-də saat 00.00-da Bakıda Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram atəşfəşanlığı keçiriləcək.

Bu barədə Trend-ə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, artıq Dənizkənarı Milli Bulvarın ərazisində hazırlıq işlərinə başlanılıb:

"Dənizkənarı Bulvar İdarəsi bu il də Yeni ilə xüsusi hazırlaşıb. Dənizkənarı Milli Parkda yolkalar (küknar ağacları) quraşdırılıb. “Nağıl şəhərciyi” yaradılıb. Burada nağıl personajlarının instalyasiyaları hazırlanıb.

Bu, xüsusilə uşaqların marağına səbəb olacaq. Eyni zamanda, Yeni İl yarmarkası təşkil olunub, konsert proqramı təşkil olunacaq. “Nağıl şəhərciyi” yanvarın 15-nə qədər fəaliyyət göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti