...

Tərkibində ən çox şəkər olan qida məhsullarının siyahısı AÇIQLANDI

Cəmiyyət Materials 27 Dekabr 2023 16:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçılara şəkərdən istifadə zamanı diqqətli olmağı və şəkər əlavə edilmiş məhsulları normadan artıq istehlak etməməyi tövsiyə edir.

AQTA-dan Trend-ə verilən məlumata görə, şəkərin normadan artıq istehlak olunması insan orqanizmində piylənmə, diş çürüməsi, 2-ci tip diabet, ürək xəstəlikləri, ateroskleroz yarada, bəzi xərçəng xəstəlikləri riskini artıra bilər. Şəkər isə orqanizmə yalnız qənd, şəkər tozu, mürəbbə, şərbət kimi qidalarla deyil, həm də emal edilmiş qida məhsulları vasitəsilə daxil olur. Həmin məhsullar əsasən aşağıdakılardan ibarətdir:

Şirinləşdirilmiş içkilər:

Alkoqolsuz və qazlı içkilər;

Meyvə şirələri və nektarları;

Enerji içkiləri;

Şirinləşdirilmiş çaylar və qəhvə içkiləri, kokteyllər.

Desertlər:

Şirniyyatlar, xüsusilə şokoladlar, karamellər, vaflilər;

Tortlar, kekslər və piroqlar;

İçlikli və içliksiz peçenyelər və biskvitlər;

Ruletlər;

Dondurmalar;

Sorbetlər.

Konservləşdirilmiş və emal olunmuş qidalar:

Konservləşdirilmiş meyvələr;

Tərkibində şirinləşdirilmiş souslar olan əvvəlcədən qablaşdırılmış yeməklər;

Şəkər əlavə edilmiş hazır şorbalar.

Müxtəlif qəlyanaltılar:

Şirinləşdirilmiş yoqurtlar;

Dənli barlar;

Popkorn;

Şirinləşdirilmiş quru meyvələr;

Qarğıdalı çubuqları.

Digər qidalar:

Ketçup, souslar;

Mürəbbə;

Şokoladlı və ya çiyələkli südlər;

Cem, jele və marmeladlar.

Mütəxəssislərin tövsiyəsinə əsasən, şəkər istehlakının azaldılması üçün çayın şokolad, mürəbbə və şirniyyat əvəzinə qurudulmuş meyvə və giləmeyvələrlə içilməsi, susuzluğun şəkərli içkilərlə deyil, su ilə dəf edilməsi, yemək hazırlanarkən isə minimum şəkər əlavə olunması və ya ümumiyyətlə əlavə edilməməsi arzuolunandır. Üzüm, armud, əncir və digər bu kimi şirin meyvələrin az miqdarda qəbul edilməsi də tövsiyə olunandır. Bununla yanaşı, şirniyyatı çox istehlak edən şəxslərə bu qidadan istifadəni tədricən azaltmaq məsləhət görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti