...

Elşad Abdullayevə yüksək vəzifə verildi (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2023 20:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub.

Trend xəbər verir ki, Elşad Abdullayev Sumqayıt Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, E.Abdullayev 2009-2018-ci illərdə Radiasiya Problemləri İnstitutunda ardıcıl olaraq kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2019-2023-cü illərdə Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb. 2023-cü ilin noyabr ayında Sumqayıt Dövlət Universitetində rektorun müşaviri vəzifəsinə təyin olunub.

Xəbər lenti

Xəbər lenti